Fransaya səfər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2018-ci il mayın 18-də Fransada səfərdə olub.

Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans

Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfrans keçirilib.

Mehriban Əliyeva tədbirdə iştirak edib.

Mehriban Əliyeva UNESCO-nun baş qərargahında təşkilatın keçmiş rəhbərləri, fəxri və xoşməramlı səfirləri ilə görüşüb.

Mehriban Əliyeva konfransda çıxış edib.

UNESCO-nun baş direktoru ilə görüş

Mayın 18-də Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında təşkilatın baş direktoru Odri Azule ilə görüşüb.

UNESCO-nun baş direktoru Odri Azule Mehriban Əliyevaya Koişiro Matsuuranın 80 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə iştirakına görə minnətdarlığını bildirib.

Mehriban Əliyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən 100 il ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib. Bunlardan ən vacibi qadınlara seçib-seçilmək hüququnun verilməsidir ki, bu da UNESCO-nun məqsəd və məramlarına, mandatına uyğun məsələdir. Bununla əlaqədar bu il ərzində UNESCO ilə birgə tədbirlərin təşkili nəzərdən keçirilib. Baş direktor Odri Azule nəzərdə tutulan tədbirlərin keçirilməsinə dəstək verəcəyini bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunmasını və əldə edilən nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Mehriban Əliyeva baş direktor Odri Azuleni Azərbaycana səfərə dəvət edib.

18 may 2018-ci il