AZ
EN РУ
  • BİOQRAFİYA
    • Mükafatlar

    • Məqalələr
  • FƏALİYYƏT
    • Tədbirlər
    • Çıxışlar

    • Görüşlər
    • Müsahibələr

    • Səfərlər
  • QALEREYA
    • Foto
      • Portret
      • Ailə
      • Anlar
    • Video

UNESCO-nun Baş direktoru xanım Odri Azule ilə görüş

30.06.2019

İyunun 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESCO-nun Baş direktoru xanım Odri Azule ilə görüşüb.

Mehriban Əliyeva UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESCO-nun Baş direktoru Odri Azuleyə minnətdarlığını bildirib. Təşkilatın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb, Odri Azulenin həmin tədbirə diqqətinin bu sessiyanın uğurla keçəcəyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb. “Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESCO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”, - deyən Mehriban Əliyeva bu il əməkdaşlığımızın 27-ci ildönümünün qeyd ediləcəyini bildirib, dünya mədəniyyət irsinin qorunmasında gələcəkdə də çox uğurlu əməkdaşlıq quracağımıza əminliyini ifadə edib. Mehriban Əliyeva onu da bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycanda UNESCO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm beynəlxalq forumlar, tədbirlər uğurla təşkil edilib. UNESCO-nun Baş direktorunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, bu səfər çərçivəsində Odri Azule Azərbaycanla, paytaxtımızla daha yaxından tanış olacaq və xalqımızın qonaqpərvərliyini hiss edəcək.

Odri Azule Parisdə təşkilatın baş qərargahında Mehriban Əliyeva ilə görüşünü xatırlayıb və UNESCO üçün ən mühüm tədbir olan Ümumdünya İrs Komitəsinin növbəti sessiyasının üzv dövlətlər arasında məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. UNESCO-nun Baş direktoru növbəti günlərdə bütün ölkələrin nümayəndələrinin Bakıda bir araya gələrək dünya irsinin qorunması üçün görülməsi vacib olan tədbirləri müzakirə edəcəklərini vurğulayıb. Odri Azule UNESCO üçün mühüm əhəmiyyət kəsb edən və 2500-ə yaxın iştirakçının qatılacağı bu sessiyanın Azərbaycanda keçirilməsinə görə təşəkkürünü bildirib.

Sonra Mehriban Əliyeva və UNESCO-nun Baş direktoru Odri Azule birgə nahar ediblər.

Foto

Video

02:20
  • Birinci vitse-prezident
  • Heydər Əliyev Fondu
  • Azərbaycan Gimnastika Federasiyası
  • Azərbaycan Mədəniyyət Fondu
  • UNESCO
09.03.2013
Bakıda “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalının təntənəli açılışı olub
04.05.2011
Mehriban Əliyeva Müasir İncəsənət Muzeyində “Sənət inciləri” adlı sərgi ilə tanış olub
14.03.2011
Bakıda Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” II Beynəlxalq muğam festivalının açılış mərasimi olub
02.07.2007
“Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş nəşrlərin təqdimatı olub

İyulun 2-də Heydər Əliyev Fondunda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş Səfiyəddin Urməvinin (1217-1294) “Şərəfiyyə risaləsi” və “Kitabül-ədvar”, habelə Fətullah Şirvaninin (1417-1486) “Musiqi məcəlləsi” əsərlərinin təqdimat mərasimi keçirilmişdir.

13.06.2006
Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr edilmiş muğam konserti olub
08.06.2005
Azərbaycan Mədəniyyətinin Dostları Fondu Filarmoniyada muğam axşamı təşkil edib
16.09.2019
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
17.05.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər
13.05.2017
Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın qalibi olan bədii gimnastika üzrə milli komandamızın üzvlərinə qızıl medalları təqdim edib
24.12.2015
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
20.06.2015
Alina Kabayeva: “Mehriban Əliyeva ilə şəxsən tanış deyilik, amma öz ölkəsində idmanın inkişafına onun necə böyük töhfə verdiyini bilirəm”

“Birinci Avropa Oyunlarının keçirilməsi təkcə Azərbaycan və Rusiya üçün deyil, həm də bütün Avropa üçün çox mühüm hadisədir.

20.06.2015
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idman gimnastikası yarışlarının final mərhələsini izləyiblər
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış olub
23.09.2024
Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilib
18.05.2024
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər
11.05.2024
Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
10.05.2024
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər
05.05.2025
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb
15.04.2025
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar
16.03.2025
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub
06.03.2025
Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanışlıq
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub
30.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində iştirak edib
30.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun Baş direktoru xanım Odri Azule ilə görüşüb
18.05.2018
Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə UNESCO-nun baş direktoru Odri Azule ilə görüşüb
18.05.2018
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib
29.09.2016
Mehriban Əliyeva UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb
17.11.2015
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak ediblər
Müəllif hüquqları qorunur © 2025