Rusiyaya səfər
2016-cı il noyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiyada səfərdə olub.
“Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinin açılışı
Noyabrın 14-də Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılıb.
Mehriban Əliyeva sərginin açılışında iştirak edib.
Sərgidə 12 Azərbaycan rəssamının - Nadir Əbdürrəhmanov, Kəmalə Əhmədova, Rasim Babayev, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Cavad Mircavadov, Mir Nadir Zeynalov, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov və Qəyyur Yunusun 50-dən çox əsəri, Fazil Nəcəfovun 11 heykəltəraşlıq əsəri nümayiş etdirilir.
Sərgini Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova açıb.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sərgi 2017-ci il fevralın 26-dək davam edəcək.
14 noyabr 2016-cı il