Fransaya səfər

2016-cı il sentyabrın 19-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada səfərdə olub.

Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı

Sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Eyfel qülləsinin yanındakı Jofr meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

Mehriban Əliyeva mərasimdə iştirak edib.

Mərasimə, həmçinin Fransanın tanınmış ictimai-siyasi xadimləri qatılıblar.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

“Azərbaycan şəhərciyi”nin açıldığı Parisin 7-ci rayonunun meri Raşida Dati, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmann mərasimdə çıxış ediblər.

Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Mehriban Əliyevanın adından tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Tədbirdə çıxış edən Mehriban Əliyeva Parisdə yenidən görüşməyə şad olduğunu bildirib. Qeyd edib ki, Fransa paytaxtında Azərbaycan şəhərciyinin açılışı Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Şəhərcik sentyabrın 17-dən 25-dək fəaliyyət göstərib.

19 sentyabr 2016-cı il