Türkiyəyə səfər

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər ediblər.

İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını və xanımını Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Dünya Humanitar Sammiti

Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak ediblər.

Dövlətimizin başçısı Sammitin plenar iclasında çıxış edib.

Ali qonaqların şərəfinə ziyafət

Mayın 23-də İstanbulun Dolmabağça sarayında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Dünya Humanitar Sammitində iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

22-23 may 2016-cı il