Birinci vitse-prezident Mehriban Əliyeva ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti ilə görüşüb

Martın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşü olub.

Görüşdə VI Bakı Qlobal Forumuna dünyanın bir çox ölkəsindən iştirakçıların qatıldığı diqqətə çatdırılıb və bunun tədbirə olan böyük marağın daha bir göstəricisi olduğu bildirilib.

Forumun artıq beynəlxalq platformaya çevrildiyi qeyd edilib, bu tədbir çərçivəsində müzakirə edilən mövzuların əhəmiyyəti vurğulanıb.