İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb

Mayın 23-də İstanbulda Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Dünya Humanitar Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

Dünya Humanitar Sammiti liderlərin səhər yeməyi ilə başlayıb.

Sonra Sammit iştirakçıları birgə foto çəkdiriblər.

Sammitin açılış mərasimi dünyanın humanitar fəlakət bölgələrində mövcud vəziyyəti və həmin ərazilərə yardımların çatdırılmasını əks etdirən təqdimatla davam edib.

Dövlətimizin başçısı Sammitin plenar iclasında çıxış edib.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə, 5 mindən çox nümayəndə iştirak edir.