“Dünyanın ən yüksək zövqlə geyinən beş birinci xanımı”

UNESCO-nun xoşməramlı səfiri, Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyeva həm ziyafət paltarlarında, həm də işgüzar kostyumlarda gözəl görünür.

Bu sözlər “Smart News” internet nəşrində dərc edilmiş “Dünyanın ən yüksək zövqlə geyinən beş birinci xanımı” adlı məqalədə yer alıb. “Dəblə geyinən məşhurların siyahılarında Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın adı Hollivud ulduzlarından heç də az çəkilmir. Tənqidçilərin fikrincə, Azərbaycanın birinci xanımının geyim tərzi həm gözəlliyi, həm də ciddiliyi ilə fərqlənir. Onun obrazlarında vulqarlıq və brendlərin təsiri hiss olunmur. O, qara rəngə və müasir klassikaya, ciddi siluet cizgilərinə üstünlük verir. Rusiyada çıxan populyar “Allure” moda gözəllik jurnalının versiyasına görə 2013-cü ildə Mehriban Əliyeva dünyanın ən yüksək zövqlü birinci xanımlarının siyahısına başçılıq edir”, - deyə yazıda bildirilir.

“Smart News” dünyanın ən yüksək zövqlü beş birinci xanımının siyahısına, həmçinin ABŞ prezidentinin xanımı Mişel Obamanı, İordaniya kraliçası Raniyəni, Çin Xalq Respublikası sədrinin xanımı Pen Liyuanı və Suriyanın birinci xanımı Əsma Əsədi daxil edib.

http://smartnews.ru/articles/14798.html