Mehriban Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı təqdim olunub

İyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasının açılış mərasimi keçirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Olimpiya hərəkatının inkişafına göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos gələn il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladıb və bununla əlaqədar yaradılmış Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədrlik etdiyini söyləyib.

Sonra Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Mehriban Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatını təqdim edib.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Yunanıstanın mədəniyyət və idman naziri Konstantinos Tasoulas və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax yüksək mükafata layiq görüldüyünə görə Mehriban Əliyevanı təbrik ediblər.

Mərasim konsert proqramı ilə davam edib.