Milli Məclis

Milli Məclis Azərbaycan Respublikasının parlamentidir. Parlament ölkə əhalisi tərəfindən seçki yolu ilə yaradılan və qanunları qəbul edən orqandır.

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. Deputatlar 5 il müddətinə xalq tərfindən seçilir. Yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisinin deputatı seçilə bilər.

Mehriban Əliyeva 2005-2017-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Onun fəaliyyəti sayəsində deputatı olduğu Xəzər rayonu abadlaşmış və gözəlləşmişdir.

Ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutan Mehriban xanım 2007, 2009 və 2013-cü illərdə genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bununla o, səhv etmiş, ağır cinayət törətməmiş insanların bir daha azad həyata qayıtmalarına, ailələrinə qovuşmalarına, cəmiyyətdə öz yerlərini tapa bilmələrinə imkan yaradılmasını istəyirdi. Xalqımız tərəfindən müsbət qarşılanan bu humanist təşəbbüs nəticəsində minlərlə insan azadlığa çıxdı, öz ailəsinə və yaxınlarına qovuşdu.